Ticarət mərkəzində yanğında 11 nəfər ölüb

media-hightechnic-468x90

Tehranda ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb.

media-banner_tkm

Yenicag.az APA-nın Tehran bürosunun məlumatına istinadən bildirir ki, hadisə ötən gün Qərbi Tehranın Şəhriyar rayonunda yerləşən “Arğəvan” ticarət mərkəzində baş verib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qüvvələri saatlarla yanğının söndürülməsi istiqamətində iş aparıb.

Son rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 11 nəfər ölüb, 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05