Moskvada airportlar 50 dəqiqə işini dayandırdı

media-hightechnic-468x90

51245Rusiyanın paytaxtı Moskvada bütün hava limanları öz işinə 50 dəqiqəlik fasilə verib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, buna II Dünya Müharibəsində Qələbənin 70-illiyi münasibətilə mayın 9-da keçiriləcək hərbi paradın sonuncu məşqinin keçirilməsi səbəb olub.

Moskva hava limanları yerli vaxtla saat 10:30-dan 11:20-dək işini dayandırıb. Həmin müddətdə müxtəlif aerodromlardan uçan təyyarə və helikopterlərin səmada düzülüş təşkil edilib. Bu zaman yalnız 9-11 min metr yüksəklikdə tranzit sərnişin təyyarələrinin uçuşuna icazə verilib.

Analoji məhdudiyyətlər mayın 9-da hərbi parad zamanı da qüvvədə olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600