Reklam: High Technic
hightechnic

Moskvadan Bakıya uçan təyyarə məcburi eniş etdi

Bu gün Moskvadan Bakıya uçan “Aeroflot” şirkətinə məxsus “Boeing-737” təyyarəsi Volqoqradda (Rusiya) məcburi eniş etməli olub.

Yenicag.az xəbər verir ki, buna sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəb olub. “Ria Novosti”nin yaydığı məlumata görə, ağciyər xərçəngindən əziyyət çəkən sərnişinin yüksək təzyiq səbəbindən səhhəti pisləşib. Buna görə də təyyarə məcburi eniş etməli olub. Təyyarə Moskva vaxtı ilə saat 12:48-də Volqoqrad aeroportuna enib. Təcili tibbi yardım heyəti sərnişinə ilkin tibbi yardım göstərib və xəstəxanaya aparılıb.

Təyyarə artıq Volqoqraddan Bakıya yola salınıb.

www.yenicag.az

1106