“Moskvaya təzyiqləri artırmağın vaxtı çatıb”
Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanı sülhə məcbur etmək üçün ona təzyiqlərin artırılması çağırışını təkrarlayıb.
Yenicag.az xəbər verir ki, nazir bu barədə “X” hesabında yazıb .
Lipavski qeyd edib ki, İstanbulda keçirilən son danışıqlar zamanı Rusiya “2022-ci il ultimatumlarını təkrarlayıb” və qeyd-şərtsiz atəşkəs təklifini rədd edib:
“Ciddi danışıqlar yoxdur, sadəcə olaraq ləngimək və oyun oynamaqdır. Moskvaya təzyiqi artırmaq vaxtıdır. Bunun üçün bizdə bütün lazımi vasitələr var”.