!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çavuşoğlu Azərbaycanda səfərdədir - FOTO

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda səfərdədir.

Yenicag.az xəbər verir ki, Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçlü zirvəsində iştirak etmək üçün Bakıya gələn naziri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Azərbaycanın rəsmi Ankaradakı diplomatik təmsilçisi Xəzər İbrahim qarşılayıb.

M.Çavuşoğlunun səfər proqramı da məlum olub. Sabah səhər saatlarında prezident İlham Əliyev M.Çavuşoğlunu qəbul edəcək. Daha sonra türkiyəli nazir Türkiyə-Azərbaycan-İran 5-ci xarici işlər nazirlərinin üçlü zirvəsində iştirak edəcək. Zirvədən sonra Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov və iranlı nazir Muhammed Cevad Zariflə ikili görüşlər keçirəcək. Görüşlərdən sonra hər üç nazirin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Səfərin sonunda isə Türkiyənin xarici işlər naziri səfirlikdə təşkil olunan Alp Gürhan Yalçınerin karikatura rəsm qalereyasının açılış mərasimində iştirak edəcək.

www.yenicag.az

4341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv