Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağ məsələsini dondurulmuş anlaşma adlandırıb.
Yenicag.az xəbər verir ki, o, dünyada sülhün bərqərar edilməsi, savaşın sonlandırılmasına diqqət çəkərək bir çox beynəlxalq qurumların öz mənafelərini güddüklərini, problemlərə obyektiv yanaşmadıqlarını vurğulayıb.
Bir çox qaynar nöqtənin olduğunu qeyd edən Çavuşoğlu lazımi beynəlxalq qurumların bu və digər məsələləri həll etməli olduğunu deyib:
“Bizim bölgəmizdə yalnız Suriya və cənubumuzdakı problemlər yoxdur. Şimal tərəfə baxdıqda Krım, Cənubi Osetiya problemləri, eyni şəkildə Azərbaycanla Ermənistan arasındakı münaqişə, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Qarabağı işğal etməsi kimi problemləri görürük. Bunlar artıq dondurulmuş anlaşma statusundadırlar. Bu problemlərin həll edilməsi lazımdır. Əgər bu problemlər həll edilməzsə, başqa gərginliklərə yol aça bilər”.
Aqil Bəkir
www.yenicag.az