MSK 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi ilə bağlı qərar qəbul etdi

media-hightechnic-468x90

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən qeydə alınan namizəd Aygün Süleymanlının (Muradxanlı) müraciətinə baxılıb.

Yenicag.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov bildirib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb: “Araşdırma ilə əlaqədar müvafiq Dairə Seçki Komissiyasından alınan sənədlər də araşdırma materiallarına əlavə edib. İddiaçı öz müraciətində səsvermə günü Seçki Dairəsi üzrə bütün məntəqələrdə qanun pozuntularının olmasını və buna görə də səsvermənin nəticələrinin ləğvini istəyib. Araşdırma zamanı müraciətdə göstərilən hallar öz təsdiqini tapmayıb. Təklif edirəm ki, Aygün Süleymanlının müraciəti təmin edilməsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və A. Süleymanlının müraciəti təmin edilməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600