MSK-nın rəsmi təmsilçisi: Qadınsan, get bozbaşını bişir - Qalmaqal

media-hightechnic-468x90

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın Mərkəzi Seçki Komissiyasına qarşı şikayətinə baxılıb.

media-banner_tkm

Məhkəmə heç bir araşdırma aparmadan MSK üzvü Ramiz İbrahimovun tovsiyyəsi ilə iddianın təmin olunmaması barədə qərar verib.

Aktual.az-ın məhkəmədə iştirak edən əməkdaşı xəbər verir ki, qərar veriləndən sonra namizəd Günel Səfərova MSK üzvünə, “Ramiz müəllim verilən qərardan vicdanınız rahatdırmı?” sualını ünvanlayıb. MSK rəsmisi Ramiz İbrahimovun cavabı hamını təəccübləndirib: “Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir”.

Günel Səfərovanın reaksiyası isə daha sərt olub: “Saxtakarlıq etməkdənsə, kaş bozbaşı siz bişirərdiniz. Sizin kimi “bozbaşlar” seçkini bu günə qoyub. Siz qadının yerini bozbaş bişirməkdə görürsünüz? Utanmırsınız qadınlara bu cür yanaşırsınız? Axı Vitse-prezident qadındır”.

Hətta MSK təmsilçisinin bu cavabı hakimlərin də təəccübünə səbəb olub. Səhv etdiyini anlayan R.İbrahimov dərhal iclas zalını tərk edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05