Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət etdi - FOTO

media-hightechnic-468x90

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Almatı şəhərində yerləşən Quru Qoşunlarının Saqadat Nurmaqambetov adına Hərbi İnstitutunu ziyarət edib.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə nazirliyindən məlumat verilib.

Əvvəlcə Qazaxıstan Respublikasının ilk müdafiə naziri ordu generalı Saqadat Nurmaqambetovun institutun ərazisindəki heykəli önünə əklil qoyaraq, ehtiram nümayiş etdirilib.

Müdafiə nazirinə Hərbi institutun yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.

İnstitutla tanışlıqdan sonra xatirə fotosu çəkdirilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600