“Mudafiə naziri Bodrumdan istirahətdən indi gəlib Tərtərə”
Əslən Tərtərdən olan Milli Demokrat (Boş qurd) Partiyasın sədri Qələndər Muxtarlı Moderator.az-la əlaqə saxlayaraq bildirib ki, mətbuatda cəbhədəki son durumla və Müdafiə Nazirliyinin verdiyi rəsmi açıqlamalarla bağlı məlumatlar şişirdilir:
“Təmas xəttində heç nə yoxdu. Mən Tərtərin Seydimli kəndindənəm. Lap cəbhə xəttindəyik hal-hazırda. 25 dəqiqə bundan qabaq bizim kəndin üstündən qırıcı təyyarələr gedib bir göstəri ediblər ki, biz də varıq. Qalan hər şey yalandı. Mudafiə naziri Bodrumdan istirahətdən indi gəlib Tərtərə.”