Müdafiə naziri Rumıniyada rəsmi səfərdədir

media-hightechnic-468x90

48889Avqustun 27-də Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rumıniya Milli Müdafiə naziri cənab Mirça Duşa tərəfindən təntənəli qarşılanma mərasimi keçirilib.

Genişləndirilmiş tərkibdə baş tutan görüşdə regional təhlükəsizlik, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Müdafiə nazirləri əməkdaşlığın indiki vəziyyətini yüksək qiymətləndirərək Silahlı Qüvvələr arasında yeni imkanların əldə olunması istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdən sonra Müdafiə nazirlərinin media nümayəndələri qarşısında çıxışı olub.

Müdafiə nazirinin Rumıniyaya səfəri avqustun 28-də başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600