!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə başsağlığı verib

!Reklam – Yazi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı həmkarı Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Yenicag.az xəbər verir ki, başsağlığında qeyd edilir:

“Qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.H

Qeyd edək ki, Türkiyədə silah anbarında baş verən partlayış nəticəsində 7 hərbçi ölüb, daha 25 nəfəri yaralanıb.

COP29

www.yenicag.az

3406
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv