Müdafiə nazirləri Naxçıvana toplaşırlar

media-hightechnic-468x90

ed8e237f366878b373a9f15d30b8485cAzərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Naxçıvana toplaşırlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gediblər.

Günün ikinci yarısında Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın da Naxçıvan şəhərinə gəlişi gözlənilir.

Avqustun 19-dək davam edəcək səfər zamanı müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600