Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

media-hightechnic-468x90

2022-ci ilin hazırlıq planına əsasən Mühəndis Qoşunlarında şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə müntəzəm olaraq nəzəri və praktiki dərslər, məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin də iştirakı ilə keçirilən dərslərdə hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçulara mühəndis-istehkam qurğularının taktiki-texniki xüsusiyyətləri və onlardan istifadə qaydalarının öyrədilməsi ilə şəxsi heyətin döyüş hazırlığının artırılmasından ibarətdir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa