Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminə 15 sentyabr saat 11:00-da start veriləcək.
Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, 17 sentyabr saat 11:00-dək davam edəcək vakansiya seçimində namizədlərə 4 vakant yer seçmək imkanı veriləcək.
Vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi prosesində iştirak edən namizədlərə elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.
www.yenicag.az