“Müğənni bəylə ailə qurarsan?” sualına Zeynəbdən REAKSİYA
“Biz özümüzü gör nə dərəcədə pis göstəririk, necə eyib hərəkətlər edirik ki, müğənnilər haqqında belə sözlər deyilir”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni “Öz aramızda” verilişində deyib.
Sənətçi aparıcının ona ünvanladığı “Oğluma müğənni qız almaram, müğənni xanımla evlənmərəm fikrinə münasibətin necədir?” sualını belə cavablandırıb:
“Son dövrlər baş verənlərə görə tamaşaçılara haqq qazandırıram. Məni qınamasınlar, mən hər kəsi nəzərdə tutmuram. Müğənni xanımlar bəzən özlərini elə aparırlar, özlərini elə təqdim edirlər ki, vallah, tamaşaçını da qınamalı deyil. Biz özümüzü necə göstəririksə, tamaşaçı da bizi elə görür.
Biz gör nə dərəcədə özümüzü pis göstəririk, necə eyib hərəkətlər edirik ki, müğənnilər haqqında belə sözlər deyilir. Əslində, bunu hər bir müğənniyə şamil etmək olmaz. Bəzən qurunun oduna yaş da yanır”.
Onun “Bəs özün müğənni bəylə ailə qurarsan?” sualına isə cavabı belə olub:
“Müğənni bəyə ərə getmərəm” deyib öncədən danışmaq olmaz. “Etmərəm” deyib elə şeylər ediblər ki… Gərək özündən o qədər əmin olasan ki, bu sözü deyəsən. Deyə bilmərəm ki, müğənniyə ərə getmərəm, yaxud müğənni məni almaz…”
Nehru













