Müğənnilərin davası böyüyüb

media-hightechnic-468x90

nazenin_5772dcb210949852a81296dfd3f1f5c0Bu gün Xətai rayon Məhkəməsində müğənni Nazəninin (Salayeva Nazənin) həmkarı Təranə Qumrala (İbrahimova Təranə) qarşı iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə iclası təxirə salınıb. Hakim Raziyə Ataşovanın sədrliyi ilə keçirilən prosesin daha öncə keçirilən iclasında Nazəninin həyat yoldaşı ifadə verib. Vəkil Adəm Məmmədov bildirib ki, müğənninin həyat yoldaşı Təranə Qumralla arasındakı münasibətə aydınlıq gətirib: ” Nazənin xanımın həyat yoldaşı olan Məhəbbət bəy müğənni Təranə Qumralla olan telefon danışıqlarının, eləcə də anten dairənin müəyyən olmasını üçün addımların atılmasını xahiş edib. Vəsatət təmin edilib və məlumatların əldə edilməsi üçün “Azercell Telecom”a sorğu göndərilib. İş ekspertizaya göndərildiyi üçün məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb”.

Vəkili A.Məmmədov bildirib ki, Məhəbbətin Nazənin qanuni əri olduğu təsdiqlənib: “Nazənin xanımla Məhəbbət bəyin evli olması ilə bağlı rəsmi nikah şəhadətnaməsini məhkəməyə təqdim etdik. Bu sənəd qarşı tərəfə də sübut kimi təqdim olundu”.

Qeyd edək ki, T.Qumral mətbuata açıqlama verərək bildirmişdi ki, Məhəbbət Nazənin rəsmən həyat yoldaşı deyil.

(lent.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600