!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mühacir qalmaqalı” Bakıya uzanır – Arif Hacılının adı Almaniyadakı cinayət işində...

!Reklam – Yazi

Mühacir qalmaqalı böyüməkdədir. Alman dövləti mühacir məsələsi ilə bağlı ciddi araşdırma aparmaqdadır. Miqrant işi üzrə daha çox Müsavat Partiyası rolu araşdırılır.

Almaniyada yaşayan mühacir Yafəs Həsənov bildirib ki, miqrant işi üzrə keçirilən bir məhkəmə prosesi zamanı hakim әsasәn Müsavat Partiyası, AKM, onun sәdri, üzvlәri, vәsiqәlәri, arayışları haqda suallar verib.

Yafəs Həsənov qeyd edib ki, hakimin ən çox dirәşdiyi dә arayışların neçәyә satılması olub. Dindirilən şəxs isə bu məsələyə görə AKM-i yıxıb-sürüyüb. Hakim bu məsələdə Arif Hacılının rolunun hansı səviyyədə olmasını da soruşub:

“Arif Hacılı arayışları özü şәxsәnmi satır”? Dindirilən şəxs isə bildirib ki, şәxsәn satanda görmәmişәm, ancaq onun xәbәri olmadan bunu heç kim edә bilmәz”.

Arif Hacılının adının Almaniya məhkəməsində hallanması onun ciyanətkar şəbəkənin işi ilə bağlı prosesə cəlb olunacağına işarədir. Yəni artıq Almaniya hüquq-mühafizə orqanları Müsavat Partiyası sədrini də əsas şübhəlilərdən biri kimi tanıyır və məhkəmədə onun iştirakını araşdırır.

Proseslər bu minvalla davam edəcəksə, çox güman ki, Arif Hacılının ALmaniyaya girişinə “stop” qoyulacaq. Məsələ ondadır ki, Müsavat Partiyasının üzvləri, başqanlığa keçmiş namizədlər də, miqrant işində Arif Hacılını günahlandırırlar.

Arif Hacılı isə bu məsələdə konkret olaraq susub, ancaq sözdə təkzib verir, ona və partiyasına qarşı qaralama kompaniyası aparıldığını iddia edir.

Çox güman ki, saxta sənədlərə görə, Arif Hacılının başı hələ çox ağrıyacaq. Alman hökümətinin tələbi ilə Azərbaycan hüquq mühafizə orqanları tərəfindən bu məsələnin araşdırılması ehtimalı da yüksəkdir.

COP29

www.yenicag.az

1712
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv