“Müharibə” səhnəyə qoyuldu

media-hightechnic-468x90

teatr_00I Beynəlxalq Teatr Festivalı öz işinə davam edir. Festivalın 3-cü günü Dövlət Gənc Tamaşaçılar Teatrı İsveç dramaturqu Lars Nurenin ”Müharibə” tamaşası ilə çıxış edib.

media-banner_tkm

İsveç dramaturqu Lars Nurenin “Müharibə” pyesi Azərbaycan Dövlət Gənc Tamaşacılar Teatrının ifasında səhnəyə qoyulub. Əsər müharibənin dövlətlərə, xalqlara və ayrı-ayrı ailələrə hansı müsibətlərin gətirməsindən bəhs edir. Əsərdə beş iştirakçı var. Ata, ana, atanın qardaşı və ailənin iki qızı.

Bu obrazlar arasında qətiyyən xoş münasibət yoxdur. Müharibə şəraiti onları biri-birinə qarşı canavara döndərib. Bu insanlar müharibənin, aclığın, ümidsizliyin hökm sürdüyü bir məkanda yaşayırlar. İki müharibənin səbəbkarı olmuş almanların hərdən bir musiqiləri səslənir. Bu, müharibənin üzücü ab-havasından xəbər verir. Tamaşa başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyəti adından qonaqlara xatirə hədiyyələri təqdim olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05