!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müharibə veteranlarına verilən 80 manat artırılmalıdır”

!Reklam – Yazi

“Mən özüm iki müharibə veteranıyam. Müharibə veteranlarının dərdlərini bilirəm. Onların dərman və psixoloji problemləri var”.

Yenicag.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Modern.az-a müsahibəsində deyib.

O, fikirlərini belə davam etdirib:

“Hərdən deyirlər ki, kompüterə saldıq, bunda heç nə çıxmadı. 18-20 yaşlı gənclərdir. Birinin yanında kiminsə qıçı qırılıb, birinin başı qopub. Biri qandan, digəri ölüdən qorxub. Kompüter göstərir ki, başında hər şey qaydasındadır. Amma onun psixoloji problemi var. O cür insanlara güzəşt edilməlidir. Lap düşmürsə belə, onlara əlillik dərəcəsi və təqaüd verilməlidir. O gedib müharibədə iştirak edib. Bir gün, ya on gün fərqi yoxdur. Bəlkə onun bir gün silah götürməsi 40 günün taleyini həll edib.

Psixoloji travmaları heç nə müəyyən etmir. O travmalar illər sonra üzə çıxır. Əfqanıstan müharibəsindən illər sonra nə qədər adamın başı xarab oldu, başqa xəstəliklər tapdı. Çünki adam öldürmək asan məsələ deyil.

Qarabağ veteranları sayca o qədər də çox deyillər. Qəhrəmancasına vuruşublar, hesab edirəm ki, nəzərə alınmalıdırlar.

Bəzən görürsən ki, Qarabağ müharibəsi veteranlarını da pensiyaçılarla qarışdırırlar. Veteranların aldığı təqaüd deyil, müavinətdir. Onu 20 yaşında, 70 yaşında olan da alır. Azərbaycanda 180 mindən çox Qarabağ müharibəsi veteranı var. Dövlət Qarabağ veteranları üçün 80 manat müavinət müəyyənləşdirib.

Qarabağ müharibəsində iştirak edənlərin 60 faizi işləyir. Onlardan elələri var ki, ayda 2000, 5000 manat maaş alır. 500 manat maaş alan da var”.

COP29

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv