“Müharibəni bitirməyə heç kimin gücü çatmır” – Göylərdəki savaşın O BİRİ ÜZÜ

media-hightechnic-468x90

 

“Müharibəni bitirməyə heç kimin gücü çatmır”

Bu sözləri İranla İsrail arasındakı toqquşmanı və gözlənilənləri Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

media-qabil-huseynli-2_-8
Qabil Hüseynli

O, bildirib ki, nüvə danışıqları adı altında İranı aldadıb, İsraili hücuma hazırladılar:

“İran İsrailin hücumuna hazırlıqsız yaxalandı. İran generalları evində yatarkən öldürülür. Müharibənin hər gün başlayacağı deyilirdi. İran o generalların niyə yeraltı bunkerlərdə saxlamırdı, anlamaq olmur. Mənə pis təsir edən azərbaycanlı Baqiri ilə 15 yaşlı qızı ilə bir evdə öldürülməsi oldu. SSRİ İkinci Dünya müharibəsindən sonra özünə bunkerlər inşa etdi. Ancaq İran bunların heç birini etməyib”.

Onun sözlərinə görə, ölkənin müdafiəsi ilə məşğul olan insanlar qorunmalı idi:

“İsrail ABŞ-nin verdiyi 200 F-35-lə İrana hücum etdi. Əvvəl deyilirdi ki, azərbaycanlılar yaşayan bölgəyə hücum edilməyəcək, ancaq İsrail Təbrizə, Ərdəbilə, Azərbaycan şəhərlərinə zərbələr endirdi. Biz ermənilərlə döyüşəndə etinasızlığın əsasını İran dövlətinin rəhbərliyi qoymuşdu. Biz müharibə aparırıq, İran Ermənistana benzin, sürtkü yağları daşıyırdı. İran, heç olmasa, Azərbaycanın etimadını qazana bilmədi. İsrail təyyarələrlə İran zərbələr endirir. İran da İsrailə ağır zərbələr endirir. Təl-Əviv, Hayfa və bir neçə şəhər od tutub yanır. Bütün bunlar onu göstərir ki, İran vəziyyəti bərabərləşdirib. Müharibəni bitirməyə heç kimin gücü çatmır. Bu dünya Tramp kimi avaranın əlində qalıb”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600