!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Münaqişə edənləri ayırmaq istəyən şəxs bıçaqlandı

!Reklam – Yazi

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Cəsarət Aslanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Fərman Əsədov yaşadığı evin yaxınlığında əlbəyaxa dava edən iki nəfəri münaqişə etməməyə çağırıb. Lakin tərəflərdən biri C.Aslanlı F.Əsədova bıçaq zərbələri vurub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanmışdı.

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv