Münsiflər Ebrunu niyə təbrik etmədi?-Video

media-hightechnic-468x90

osestr_954793230542e966f9d0d7rfgbh“O səs Türkiyə”nin münsiflər heyəti dünən qalib olan Elnur Hüseynov və Ebru Gündeşi təbrik etməyib. Hətta verilişdən sonra Demet Akalından başqa heç kim pərdə arxasında onları ziyarət etməyib.

Nəticələr açıqlanandan sonra Gökhan çox əsəbiləşib və anında studiyanı tərk edib. Onun ardınca Hadisə və Mazhar&Özkan da Ebrunu təbrik etmədən verilişdən çıxıb.

Bəzi tamaşaçılar və Elnurun rəqibləri sosial şəbəkələrdə Ebru Gündeşin Azərbaycana tez-tez gəldiyi üçün Elnurla dost olduğunu, buna görə də onu qalib etdiyini yazıblar.

Türkiyənin səhər verilişlərindən birinin aparıcısı, “Ebru Gündeş öz komandasında yarışan Elnurla çox yaxşı işləyib və buna görə də o qalib olub. Təbrik etmək o qədər də çətin deyildi” – deyə qeyd edib. Digər tərəfdən Elnur Hüseynovun ilk səhnəyə çıxdığı gündən etibarən onun qalib olacağına inandıqlarını dilə gətiriblər.

Veriliş zamanı sırf azərbaycanlı olduğu üçün Elnur haqqında bu cür ifadələr səslənməsinin çox yanlış olduğuna da diqqət çəkilib(atvxeber.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600