Murad Arif: “İnsan avaradırsa, işləyənlər onu qıcıqlandıracaq…” – Video

Bir aydan artıqdır ki, ailəsi ilə birgə istirahət üçün İsveçə üz tutan tanınmış aparıcı, şoumen, bəstəkar, müğənni Murad Arif Bakıya qayıdıb.

Onun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Necə dincəldiniz?

– Super.

– Söz vermişdiniz ki, qayıdan kimi konsert verəcəksiz?

– Planımda var.

– Bəs sizi hansı telekanalda görəcəyik?

– Hələ ki, bir ay boyunca işləyəcəm. Bacardığım qədər istirahət edəcəyəm, çünki fiziki olaraq heç nə çatdırmıram, çox yorğunam.

– Bəs axı dincəlməyə getmişdiniz?

– Mənim üçün dincəlmək elə işləməkdir. İşləməyəndə darıxıram, qəmlənirəm.

– Bir çox bəstəkarlar müğənnilərə mahnı verərkən qiymət oxuyur, bəs siz?

– Mən artıq müğənnilərlə işləmirəm. 2 ildir ki, mahnıları əsasən, özüm üçün yazıram.

– Bəs indiyə qədər ən bahalı mahnınız hansı olub?

– Türk sənətçiləriylə işbirliyimiz daha yüksək qonorarla baş tutub. Təbii ki, kommersiya sirlərimi açıqlamaq istəməzdim.

– Öz mahnılarınızdan başqa hansı bəstəkarın mahnılarını oxumaq istərdiniz?

– Sevdiyim imzalar var – Vaqif Gərayzadə, Aygün Səmədzadə və s. Amma bir şey də var ki, biz konyuktura dövründə yaşayırıq. Ona görə də uğurlu mahnı olsa, müəllifin önəmi yoxdur.

– Bəs hansı yerli və əcnəbi müğənnilərlə duet oxumaq istərdiniz?

– Əcnəbi dedikdə, bizə ən yaxın türk musiqisidir. Onlardan da Sezen Aksu və Nazan Öncəli çox bəyənirəm. Flora Kərimova ilə duet oxumağa hazırlaşırıq.

– Təbi ki, sevənlərinizlə yanaşı, sizi bəyənməyənlər də var…

– Bəyənənlər də danışır, bəyənməyənlər də… Bu həyatda yalnız öz qərarlarımla irəliləməyi sevirəm. Mənə “alınmaz” deyənlər hər zaman çox olub. İstər aparıcılıqda, istər bəstəkarlıqda… Ən doğrusunu isə qəlbimin dərinliyində özüm bilirəm. Mən bilirəm ki, bugünkü fəaliyyətimlə minlərlə insana sevinc və bayram bəxş edirəm… Sevməyənlər hansı yaraya dərmandır?

– Elə insanlara reaksiyanız necə olur bəs?

– Normal. Ancaq avara adam mənfi rəy yazmağa vaxt ayıra bilər. İnsan avaradırsa, işləyənlər onu qıcıqlandıracaq… Mən də işsiz vaxtlarımda daha da qıcıqlı olurdum. Biz iş adamıyıq… Ətrafımda yüksək keyfiyyətli mütəxəssislər, peşəkarlar var. Savadlı musiqiçilərlə işləyirəm. Tamaşaçı rəyi məni kursumdan döndərə bilməz.

– Sirlərinizi xanımınızla bölüşürsünüz?

– Sirlərim yoxdur. Yalansız yaşayıram… Demək olar ki, dostum da yoxdur. Düşüncələrimi də yalnız ailəmlə paylaşıram.

Cəvahir
Yenicag.az

COP29