“Musavat bir daha birləşməyəcək”
Musavat Partiyası bir daha birləşməsi mümkün olmayacaq şəkildə parçalandı…
Bu gün Müsavat qərargahaında öz tərəfdarlarını başına yığaraq az qala ultimatumla çıxış edən başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun düzənlədiyi tədbirdə iştirak edən şair-publisist toplantıdan Heydər Oğuz bədbin təəssüratla qayıdıb:
“Qubad İbadoğlunun çağrışıyla toplanan müsavatçılıarın yığıncağından gəlirəm. Təəssüratlarımı qısa şəkildə belə özətləmək olar- Musavat Partiyası bir daha birləşməsi mümkün olmayacaq şəkildə parçalandı. Bundan sonra hətta Məhəmməd Əmin Rəsulzadə dirilib gələ, onu yenə birləşdirə bilməz. Anladığım qədəriylə bu çatın yaranmasında əski başqanın tərəf tutması ciddi rol oynayıb. Təəssüf ki, İsa Qəmbər taktiki səhvləriylə tarixi köklərə sahib bir partiyanın parçalamanmasına yol açmaqla qalmadı, həm də bir vaxtlar ürəyi onun eşqiylə döyünən təşkilatın önəmli bir qismini öz düşməninə çevirdi. Ən maraqlısı odur ki, İsa Qəmbəri açıq şəkildə tənqid edən partiya mənsubları Müsavatın intellektual qaymağıdırlar.