Müsavatdan narazılar əyalətlərdə təşkilatlanırlar
Qubad İbadoğlu: “Yaxın 1-2 aya təsis yığıncağı keçirəcəyik”
Müsavat Partiyasının hazırki rəhbərliyindən narazı qüvvələr bildiyimiz kimi Demokratiya və Rifah Hərəkatı (DRH) yaratmışdılar. Bu istiqamətdə müəyyən addımlar da atılıb.
Yenicag.az-a açıqlamasında başqanlığa sabiq namizəd, DRH-nın yaradıcısı Qubad İbadoğlu hazırda fəaliyyətlərini regional təşkilat qruplarının yaradılması istiqamətində qurduqlarını bildirdi: “Bu günlərdə Təşkilat Komitəsinin toplantısını keçirdik. Burada təşkilatı məsələlər üzrə İşçi Qrupu yaradıldı. Onun əsas fəaliyyəti yaxın zamanlarda regionlar üzrə kordinatorların formalaşdırılması olacaq. Qərar verdik ki, regionlarda da təşəbbüs qrupunun yaradılmasına başlayaq. Belə bir ilk qrup yanvarın 4-də Salyanda formalaşdı. Burada yerli fəallar təşəbbüs qrupunda təmsil olunurlar. Qərara almışıq ki, yaxın 1-2 ay ərzində təşəbbüs qruplarının formalaşmasını başa çatdıraq və bu istiqamətdə ölkənin azı üçdə bir ərazisini əhatə edək. Bu prosesi başa çatdırdıqdan sonra təsis yığıncağı da keçirəcəyik”.
Rüfət