Müsavatın “iç savaş”ında “cəbhəçi izi” göründü

media-hightechnic-468x90

1421501607_arif-hacili-eli-kerimli-esas-collage-777Elman Fəttah: “Bizdə bu haqda hələlik rəsmi məlumat yoxdur”

Rövşən Dəmirli: “A. Hacılının istefası ilə bağlı sadəcə təkliflər səslənib, qərar isə olmayıb”

Müsavat Partiyası Suraxanı rayon təşkilatının son işlasında şura üzvlərinin əksəriyyəti başqan Arif Hacılını istefa verməyə çağırıblar. Rayon təşkilatının sədri  Rövşən Dəmirli mətbuata verdiyi açıqlamasında bu barədə gedən məlumatı təsdiqləyib. Onun sözlərinə görə, partiyanın indiki durumu ilə bağlı çıxışlar zamanı həmin təklif səslənib.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında başqan müavini Elman Fəttah məlumatı nə təsdiq, nə də təkzib etdi: “Bizdə bu haqda hələlik rəsmi məlumat yoxdur. Rəsmi məlumat olarsa, münasibət bildirərik. Məlumat ciddi bir informasiya saytında gedər, biz də ona münasibət bildirərik”.

Məlumatın nə dərəcədə dəqiq olduğunu aydınlaşdırmaq üçün Müsavatın Suraxanı  rayon təşkilatının  sədri Rövşən Dəmirli ilə  də əlaqə saxladıq.  O, sayta açıqlamasında  Arif Hacılının istefası ilə bağlı qərar vermədiklərini,  sadəcə bu istiqamətdə təkliflər səsləndiyini diqqətə çatdırdı: “Partiyanın indiki çətin durumdan çıxması üçün və gələcək birliyi naminə təkliflər səsləndi ki, Arif Hacılı öz istəyilə başqanlıqdan istefa versin. Əvəzində partiyanı birləşdirə, gələcəkdə digər müxalif qurumlarla partiya arasında münasibətləri tənzimləyə biləcək şəxsin başqan olması məsələsini gündəmə gətirdilər.  Hətta təklif olundu ki, keçən qurultayda başqanlığa iddialı olan şəxslər bir daha namizəd olmasınlar, başqa bir adam olsun.  Bu zaman da namizəd kimi Tofiq Yaqublunun adı hallanıb. Bu adam  AXCP və digər qurumlarla münasibətləri yarada bilər. Bu istiqamətdə sadəcə təkliflər səslənib, amma qərar şəklində olmayıb”.

Qeyd edək ki, bu zamana qədər Müsavat daxilindəki qarşıdurmanın səbəbkarı olaraq, Qubad İbadoğlu görünürdü. Ancaq AXCP sədri Əli Kərimli ilə Elçibəyin Bütöv Azərbaycan Birliyində müavini olmuş Arif Hacılı arasında düşmənçiliyin tarixçəsi 20 ildən çoxdur. Bu səbəbdən də Müsavat başqanı olmaması üçün çalışan Əli Kərimli indi də onun başqanlıq etdiyi partiyanı dağıtmaq üçün rayon şöbələrini qarışdırmaq niyyətindədir.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600