“Müstəqillik Günü haqqında” yeni qanun qəbul edildi

media-hightechnic-468x90

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə olunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Qanunun qəbul edilməsi ilə 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilir. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05