Müştəri kimi “Şərq Bazarı”na getdi, “Vivani”dən qızıl oğurladı

media-hightechnic-468x90

Bakıdakı “Şərq Bazarı” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən, qızıl-zinət əşyalarının pərakəndə satışını həyata keçirən “Vivani” mağazasında oğurluq olub. 

Yenicag.az xəbər verir ki, aparılan araşdırma zamanı hadisəni törədən 1962-ci ildə Bakı şəhərində anadan olmuş F.V. saxlanılıb.

Məlum olub ki, o, “Vivani” mağazasına müştəri qismində daxil olub. Təqsirləndirilən şəxs satıcının başqa müştərilərə başının qarışmasından istifadə edərək, vitrinin üzərindən dəyəri 1400 manat olan 585 əyarlı, 11,25 qram çəkidə oğurlayıb.

Məhkəmədə təqsirləndirilən şəxs 63 yaşı olması nəzərə alınıb və Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. /qaynarinfo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa