!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Müvəqqəti vergi rejimi" bu sahələrə aid ediləcək - SİYAHI

!Reklam – Yazi

Pandemiya ilə əlaqədar sahibkarlıq subyektlərinə dəstək verilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər bir neçə istiqamətdə əhəmiyyətlidir.

Yenicag.az-ın məlumatına görə, bu sözləri İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edərkən deyib.

O vurğulayıb ki, Vergi Məcəlləsinə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı 18-ci fəsil əlavə edilib. Həmin əlavə müvəqqəti xarakter daşıyır. Bu fəslin müddəalarının Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq olunmasını əhatə edir. Vergi Məcəlləsinin yeni müddəaları aşağıdakı şəxslərə şamil ediləcək:

avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

yerləşmə vasitələri hesab edilən mehmanxana və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

turoperator və turagent fəaliyyəti;

sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və ya çatdırılması fəaliyyəti;

ictimai iaşə fəaliyyəti;

sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti.

Dəyişikliyə əsasən, şəhərlərarası, rayonlararası sərnişindaşıma xidməti göstərənlər hər oturacağa görə aylıq 1 manat 80 qəpik əvəzinə 50 faiz az – 90 qəpik, taksi fəaliyyəti ilə məşğul olanlar aylıq 9 manat əvəzinə 4 manat 50 qəpik ödəyəcəklər. Bu, son dövrlər karantin rejimində ölkə daxilində rayonlararası və şəhərlərarası sərnişin daşımalarının səviyyəsinin aşağı düşməsi ilə bağlıdır.

“Məcəlləyə edilən dəyişikliklərlə mikro sahibkarlıq subyektlərinə mühüm dəstək göstərilib. Ardıcıl olaraq 12 ay ərzində ümumi dövriyyəsi 100 min manatdan aşağı olan subyektlər 2 faiz əvəzinə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunub. Əmlak və torpaq vergisi ilə bağlı azadolmalar, eləcə də hava nəqliyyatında sərnişindaşınma ilə məşğul olan şirkətlərə məxsus təyyarələrin də əmlak vergisindən azad edilməsi sahibkarların sabit xərclərinə qənaət etməsinə, karantin dövründə onların üzləşdikləri zərərlərin aradan qaldırılmasına kömək göstərəcək. Müxtəlif hesabatların vaxtının uzadılması sahibkarlıq subyektlərinə öz fəaliyyətlərini daha rahat həyata keçirmələrinə imkan verəcək”, – deyə o qeyd edib.

R.Atakişiyev məcəlləyə dəyişikliklərdən birinin də daşınmaz əmlakın icarəsi ilə bağlı olduğunu söyləyib. Belə ki, əvvəllər fiziki şəxslər mülkiyyətlərində olan əmlakı icarəyə verən zaman ödəmə mənbəyində 14 faiz vergi ödəməli idi. Artıq onların bu öhdəliyi 7 faizə endirilib. Ümumilikdə isə iş adamlarına 1 illik güzəştlər paketi sahibkarlıq subyektlərinə qənaət olunan vəsaitdən düzgün istifadə etmək imkanı yaradır. Burada maraqlı məqam odur ki, riskli vergiödəyiciləri bu güzəştlərdən istifadə edə bilməyəcək. Bu qərar sahibkarların daha şəffaf işləməsinə kömək göstərəcək və sahibkarlıq subyektlərində öz bizneslərini şəffaflaşdırmağa maraq yaradacaq.

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv