!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Müxtəlif platformalarda əks-həmlələr etməsək, uduzmuş olarıq" - ŞƏRH

!Reklam – Yazi

“Qətiyyət nümayiş etdirməsək, müxtəlif platformalarda əks həmlələr etməsək uduzmuş olarıq”.

Bu sözləri Beynəlxalq Ədalət Məhkəməsin Laçın dəhlizi ilə bağlı qərarını şərh edən Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev Yenicag.az-a açıqlamasında deyib.

Razi Nurullayev bildirib ki, o qərar kağız parçasıdır:

“Azərbaycan beynəlxalq hüquq müstəvisində mübarizəsini davam etdirir və etdirməlidir. Mübarizə davam etdikcə dünya ictimayətinin, eyni zamanda beynəlxalq hüquq platformalarının və ölkələrin Azərbaycana qarşı qərəzli yanaşmasının şahidi oluruq. Birbaşa Ermənistanla bağlı məsələlərdə Ermənistan haqsız olsa belə, erməni tərəfinin xeyrinə qərar verməyə çalışırlar.

30 il ərzində Azərbaycanın işğal olmuş əraziləri və oradan qovulmuş bir milyona yaxın insanla bağlı, eyni zamanda BMT-nin 4 qətnaməsi ilə bağlı hər hansı bir tədbir görülmədisə, bu gün Azərbaycanın da haqqı var ki, onların qəbul etdiyi sənədlərə kağız parçası kimi baxsın.

Bu gün biz qətiyyət nümayiş etdirməsək, müxtəlif platformalarda əks həmlələr etməsək uduzmuş olarıq. Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün vəhşiliklərlə bağlı dayanmadan, durmadan, davamlı olaraq şikayətlərimizi etməliyik. Beynəlxalq platformalarda mübarizə aparmalıyıq. Başqa yolumuz yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv