Nadirdən SƏRT VİDEOPAYLAŞIM: “Nənələriniz…” - VİDEO
Müğənni Nadir Qafarzadə insult keçirən Xalq artisti, aktrisa Fatma Mahmudovanı ələ salan sosial şəbəkə izləyicilərinə səslənərək sərt fikirlər bildirib.
Yenicag.az xəbər verir ki, o, bununla bağlı videopaylaşım edib. Paylaşımını “Buyurun, indi məni yıxıb sürüyün” şərhi ilə təqdim edən Nadir həmin insanları “sabun” adlandırıb:
“Mağazaya getmişdim ki, təmizlik vasitəsi olan sabun alım. Bizim evdə sabun ancaq təmizlik üçün lazım olur. Mən sabun tapmadım dedilər ki, alıb aparıblar, sabun qıtlığı var. Səbəbini soruşanda dedilər ki, artıq sabun təmizlik vasitəsi üçün yox, başqa bir şey üçün alınır.
Fatma xanım illərin sənətkarıdır, ağır xəstəlik keçirib. Bu insan yaşlanıb, xəstəliyin hansısa əlamətləri ola bilər. Efirdə deyib ki, qızım Tarkandan yaxşı oxuyub. Nə olsun ki, deyib? Tarkan ona görə sizin üçün Tarkandır ki, böyük ölkənin ifaçısıdır. Sabun məsələsidir də… Sabun bizimkilərə aiddir. Sabun heç əlinizdən düşməsin yaxşılardan uzaq. Bizdə heç vaxt birlik olmayıb. Olsaydı, Fatma xanımın qızına yazılan rəylər və ələsalmalar məni bu fikrə gətirib çıxarmazdı. Nifrət edirəm sizə. Çünki bəzi insanların kökü yoxdur. Allah sabununuzu bol eləsin”.
Nehru













