!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Namizədliyini irəli sürənlər hansı seçkiyə hazırlaşırlar, bilmirəm...” – Sülhəddin Əkbər

!Reklam – Yazi

“Mən bədbin deyiləm, sadəcə, reallığın nəzərə alınmadığı fəaliyyətin hər hansı nəticəsi ola bilməz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə keçiriləcək prezident seçkilərinə yönəlik hazırlıqlara münasibət bildirən Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.

AzDP sədrinin fikrincə, ölkədəki mövcud siyasi mühitdə köklü dəyişikliklər olmasa, müxalifətin seçkilərdə iştirakı formal xarakter daşıyacaq:

“Yaxın tarixin təcrübəsindən çıxış edərək təəssüflə demək istəyirəm ki, indiki şəraitdə nəzərdə tutulan prezident seçkilərinin əvvəlkilərdən fərqli olacağını düşünmürəm. Ona görə də bu məsələlərə skeptik baxıram.

Müxalifətdən prezidentliyə namizədliyini elan etmiş siyasətçilərə gəldikdə isə təbii ki, onların hər biri milli maraqlarla yanaşı, qrup və şəxsi maraqlarını da düşünürlər. Bu mənada onların hansı motivlə seçkidə iştirak qərarı verdiklərini özləri daha yaxşı izah edə bilərlər.

Bu fonda YAP-dan prezident seçkilərində İlham Əliyevin namizədliyinin elan olunacağının bildirilməsi də gözlənilən bəyanat idi. Xatırlayırsızsa, 2013-cü il seçkilərində də hakimiyyətin namizədinin dəyişəcəyi haqda uzun müddət söz-söhbətlər dolaşdı. Bu seçkilər ərəfəsində də bənzər vəziyyət yarandığı üçün və daxildə yaranan narahatlığın qarşısını almaq üçün belə bir bəyanat verilib.

Fikirlərimin bədbin hesab olunmasını istəməzdim. Bədbin deyiləm, sadəcə, reallığın nəzərə alınmadığı fəaliyyətin hər hansı nəticəsi ola bilməz. Aydın məsələdir ki, böyük dövlətlərin Azərbaycanla bağlı əldə etdikləri “böyük saziş” qüvvədə qaldıqca, o cümlədən, cəmiyyətdəki “daxili saziş” də pozulmayana qədər vəziyyətin dəyişəcəyi inandırıcı görünmür. Bu mənada, prezidentliyə namizədliyini irəli sürənlər hansı seçkiyə hazırlaşırlar, bilmirəm”.

Araz Zeynalov

COP29

www.yenicag.az

1903
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv