Naqif Həmzəyev: “Beynəlxalq təşkilatları Qərbi Azərbaycana qayıdışla bağlı məlumatlandırmalıyıq” - VİDEO

media-hightechnic-468x90

“Beynəlxalq təşkilatları Qərbi Azərbaycana qayıdışla bağlı məlumatlandırmalıyıq”.

Bunu Yenicag.az-a videomüsahibəsində Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən ikinci beynəlxalq konfransda iştirak edən millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti vətəndaşların öz dədə-baba yurduna qayıdışı ilə bağlı təxirəsalınmaz işlər görməkdədir:

“Qərbi Azərbaycan icmasının bu istiqamətdə son iki il ərzində keçirdiyi tədbirlər deməyə əsas verir ki, biz həqiqətən də mövcud boşluqları doldura bilmişik. 44 günlük Vətən müharibəsi, daha sonra keçirilən anti-terror əməliyyatları ilə ölkə suverenliyinin bərpa olunması nəticəsində Qərbi Azərbaycana qayıdış istiqamətdə mühüm addımlar atıldı”, – deyə o bildirib.

Tam olaraq videomüsahibəni buradan izləyə bilərsiniz:

Məsimə Məmmədova

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa