Nardaran sakininin qanunsuz saxladığı silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz saxlanılan silah-sursat barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İnşallah Babayevin yaşadığı evdən 1 ədəd “AK” markalı silah, 1 ədəd patron darağı və 20 ədəd 7,62 çaplı patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bildirilib ki, daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
www.yenicag.az