Narkotiklə mübarizədə medianın rolu: Nazir jurnalistlərə çağırış etdi

media-hightechnic-468x90

 

media-banner_tkm

Ankarada narkotiklə mübarizədə medianın rolu mövzusunda mühüm tədbir keçirilib. Anadolu Yayımçılar Dərnəyi tərəfindən təşkil olunan tədbir Ulucanlar Həbsxana Muzeyində baş tutub. Layihə çərçivəsində oxşar panellərin Türkiyənin digər şəhərlərində də keçirilməsi planlaşdırılır.

Paneldə çıxış edən daxili işlər naziri Mustafa Çiftçi narkotik təhlükəsinin artıq yalnız hüquq-mühafizə orqanlarının problemi olmadığını bildirib. Onun sözlərinə görə, bu məsələ birbaşa cəmiyyətin gələcəyi və gənc nəslin təhlükəsizliyi ilə bağlıdır. Nazir vurğulayıb ki, narkotiklə mübarizə əslində uşaqların və gənclərin həyatını qorumaq uğrunda aparılan mübarizədir.

Mustafa Çiftçi qeyd edib ki, 2026-cı ilin əvvəlindən etibarən narkotik istehsalı və ticarətinə qarşı minlərlə əməliyyat keçirilib, böyük həcmdə narkotik maddə və psixotrop tərkibli həblər dövriyyədən çıxarılıb. O bildirib ki, əldə olunan nəticələr vacib olsa da, əsas məqsəd problemin yayılmasının qarşısını almaq və gəncləri bu təhlükədən uzaq saxlamaqdır.

media-img_5196

Nazir xüsusilə medianın məsuliyyətinə diqqət çəkərək bildirib ki, narkotiklə bağlı xəbərlərin təqdimat forması və dili cəmiyyətə birbaşa təsir göstərir. Onun fikrincə, məsuliyyətli media həm maarifləndirmə aparmalı, həm də gəncləri risklər barədə düzgün məlumatlandırmalıdır.

Paneldə çıxış edən Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan da medianın bu sahədə strateji rol oynadığını vurğulayıb. O qeyd edib ki, narkotiklə mübarizə yalnız əməliyyat və cəza tədbirləri ilə məhdudlaşmamalı, paralel şəkildə ictimai şüurun formalaşdırılması istiqamətində də iş aparılmalıdır.

media-5c30ad7e-d97f-4ad5-9e68-d337a1ae26f9

Tədbirdə tanınmış jurnalistlər Zafer Şahin, Hande Fırat, Deniz Gürel və Mehmet Acet, həmçinin Prezident Administrasiyasının Səhiyyə Siyasətləri Şurasının üzvü Dr. Mustafa Uzun və Ankara Yeşilay təşkilatının rəhbəri Bilal Tayyip Apaydın da çıxış edərək narkotik asılılığının cəmiyyət üçün ciddi sosial təhlükə olduğunu bildiriblər.

media-img_5198

Çıxış edənlər yekdil şəkildə vurğulayıblar ki, narkotiklə mübarizə uzunmüddətli və koordinasiyalı fəaliyyət tələb edir. Bu prosesdə dövlət qurumları ilə yanaşı, media, ailə və təhsil sistemi birlikdə hərəkət etməlidir. Çünki söhbət təkcə təhlükəsizlikdən deyil, gələcək nəslin taleyindən gedir.

Qeyd edək ki, Ankarada işgüzar səfərdə olan baş redaktorumuz Aqil Ələsgər də bu mühüm tədbirdə iştirak edib, mövzu ilə bağlı fikir mübadiləsinə qatılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05