NATO qüvvələrinin Ukraynaya yeridilməsi təklif olundu
Rusiyanın Ukraynanın şərqinə hücum edəcəyi təqdirdə NATO-nun öz ordusunu Ukraynanın ərazisinə yerləşdirilməsi təklif olunur.
Bu təkliflə Çexiya prezidenti Miloş Zeman çıxış edib: “Əgər Rusiya Ukraynanın şərqində ərazi işğalının genişləndirərsə, onda zarafat bitəcək. Bu halda mən təklif edərdim ki, təkcə Avropa İttifaqına maksimum sərt sanksiyalar yox, həm də NATO ordusunun hazırlıq vəziyyətinə gətirilməsini, məsələn, Ukrayna ərazisinə yeridilməsini də məqbul sayardım”.
Xatırladaq ki, aprelin 6-da Xarkov, Luqansk və Donetskdə Rusiya tərəfdarı olan separatçılar vilayət administrasiyalarının binalarını mühasirəyə alıblar (modern.az).