NATO Rusiyaya meydan oxuyub

media-hightechnic-468x90

70415Son zamanlar Rusiyanın qırıcı və bombardmançıları tez-tez Avropanın hava məkanına daxil olmağa başlayıb.

Bu cür bəyanatı NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı (BŞQ) Filip Bridlav brifinqdə çıxış edərkən səsləndirib.

Onun sözlərinə görə, son zamanlar belə müdaxilələrin sayında ümumi artım müşahidə olunur.

“Mənim fikrimcə burada diqqət çəkən fakt odur ki, əvvəllər hava məkanını kiçik qrup təyyarələr pozurdu – bəzən bir və ya iki. Lakin ötən həftə biz daha böyük qrupların həva məkanına daxil olduğunun muşahidə etdik. Onlar daha da təxribatçı marşrutlardan istifadə edərək bir qədər də dərinə hərəkət etdilər”, – deyə Bridlav bildirib.

O, qeyd edib ki, bu cür güc nümayişi Avropanın hava məkanında sabitlik və təhlükəsizliyə heç bir müsbət təsir göstərmir və bu problematikdir.

Eyni zamanda o, əmin edib ki, NATO hərbiçilərinin cavab sürətli olub.(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600