Naxçıvan Bakı-Tblisi-Qars dəmiryolu xəttinə birləşdiriləcək

media-hightechnic-468x90

2b7659e43801367539ea474cd77095d4Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin tikintisi başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının bu xəttə birləşdirilməsi layihəsinin icrasına başlanılacaq. Bunu Nəqliyyat Nazirliyinin “Azəravtoyolservis” Qapalı Səhmdar Cəmiyyətinin Gürcüstan filialının rəhbəri Qurban Piriyev deyib.

Q.Piriyev bildirib ki, tikintisinə 2007-ci ildə başlanılan yolun Azərbaycan və Gürcüstan ərazilərindəki hissələri artıq istifadəyə hazırdır. Bu ilin sonuna yolun Türkiyə hissəsinin də tikintisi başa çatdırılacaq. Lakin yolun ümumi tikintisi bununla bitməyəcək. Naxçıvan Muxtar Respublikasının bu yola qoşulması nəzərdə tutulub. Bu layihə Naxçıvanın iqtisadi inkişafı baxımından da mühüm rol oynayacaq(azərtac).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600