Naxçıvan Hava Limanı ilə bağlı yenilik

media-hightechnic-468x90

Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi bayram günlərində gücləndirilmiş iş rejimində çalışır. Xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bayram münasibətilə qrafikə uyğun olaraq reyslərin sayı artırılıb. Gündəlik reyslərin sayı 4-dən 10-a çatdırılıb.

Ötən il ərzində yerli hava xətləri ilə 2146 reys, 308 min 249 sərnişin, 4 milyon 899 min 681 kiloqram baqaj, 912 min 629 kiloqram yük, 53 min 892 kiloqram poçt daşınıb. Beynəlxalq daşımalarda isə 140 reys həyata keçirilib. Naxçıvan–İstanbul istiqamətində 4 min 249 sərnişin, eləcə də 58 min 496 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 4 min 128 sərnişin, 77 min 249 kiloqram baqaj daşınıb.

Qeyd edək ki, sərnişin sıxlığına baxmayaraq bayram günlərində bilet satışında heç bir problem yaranmayıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05