!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Naxçıvana yüzlərlə türk hərbi qulluqçunun gəlişi Ermənistanı narahat edib”

!Reklam – Yazi

“Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri uzun illərdir ki, ildə bir neçə dəfə olmaqla, müxtəlif qoşun növləri ilə keçirilir”.

Yenicag.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Azərbaycanla Türkiyə arasında bu gündən başlanan hərbi təlimlərdən danışan deputat bildirib ki, iki dövlət arasında təkcə hərbi istiqamətdə deyil, bütün sahələrdə əməkdaşlıq var:

“Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq var. Tərəfdaşlığımız getdikcə daha da möhkəmlənir. Bir neçə dəfə demişəm, yenə də təkrar edirəm – Azərbaycan vətəndaşı olaraq, arzu edirəm ki, Azərbaycanla Türkiyə arasında hərbi sahədə təkcə əməkdaşlıq yox, müttəfiqlik olsun. Bu müttəfiqlik elə bir səviyyədə olsun ki, birinə müdaxilə olunanda digər dövlət ona rəsmi qaydada dəstək göstərsin. Məncə, hər bir türk əsilli insanın arzusudur ki, türkdilli dövlətlərlə böyük türk birliyi yaransın və bu, daha geniş mənada, islam dünyasının birliyinə çevrilsin. Bəlkə bu halda bizə qarşı olan bütün radikal qüvvələrə sözümüz daha kəsərli olar və səsimiz daha tez eşidilər”.

Deputatın sözlərinə görə, iki dövlət arasında olan hərbi əməkdaşlıq düşmən tərəfin narahatlığına səbəb olur:

“Bu təlimlər uzun illərdir ki, ildə bir neçə dəfə olmaqla, müxtəlif qoşun növləri ilə keçirilir. Bu gün başlayan da növbəti belə təlimlərdən biridir. Düşmən və onun havadarları bundan təşvişə düşüblər. Naxçıvana Türkiyə Hərbi Hava Qüvvələrinin gəlişi, helikopterlərin gətirilməsi, yüzlərlə türk hərbi qulluqçunun olması onları narahat edib. Əsas narahatlıqları bizə dəstək nümayiş etdirən dövlətlərin olmasıdır. Bu yaxınlarda, Pakistan da Azərbaycana növbəti dəfə həmrəyliyini nümayiş etdirdi. Mən bununla qürur duyuram. İstəyirəm ki, bu mövqe dili, dini bizimlə eyni olan başqa müsəlman dövlətlərə ibrət olsun. Onlar ermənilərlə tərəfdaşlığa son qoymağın vacibliyini anlasınlar. Ayıbdır, silah-sursatları Ermənistana daşımasınlar”.

Qeyd edək ki, bu gün Azərbaycanla Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq, ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayır.

Təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən, təlimlər hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində, avqustun 1-dən 5-dək isə quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçiriləcək.

www.yenicag.az

1061
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv