Nazilə ÖZÜNDƏN ÇIXDI: “Cındırından cin ürkür, amma...”

media-hightechnic-468x90

“Evdə cındırından cin ürkür ha. İki corabı cütləyə bilmir, oturub ona-buna irad tutur”.

Yenicag.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında canlı yayım açaraq deyib.

O, bütün günü sosial şəbəkələrdə oturub onun-bunun qeybətini edən, kədərinə, dərdinə sevinən izləyiciləri tənqid atəşinə tutub:

“Bütün dünya müasirləşdi, biz qeybətdən çıxa bilmirik, qardaş. Eləcə oturmuşuq internetdə, böyük əksəriyyət kütləyə sanki maaş ödəyib təhkim ediblər ki, otur orada, ona buna “komment” yaz. Evdə cındırından cin ürkür, iki corabı cütləyə bilmir, oturub ona-buna irad tutur. Kişiləri arvadlarından betər. Biz nə yedik, nə içdik, bu günə düşdük?! Xəstəyə, başına iş gələnə, dərdi olana sevinirlər, amma toyu, xoşbəxt olana, əylənənə sevinmirlər. “Kruq”umu dəyişmək istəyirəm. Sonra da fikirləşirəm hara getsəm, yenə eyni şeydir”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600