Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevə Səhiyyə Nazirliyində vəzifə verilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı nazir Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Rauf Nağıyev Səhiyyə Nazirliyinin Səhiyyənin strategiyası sektorunun müdir müavini vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsindən azad edilmişdi. İşdən çıxarıldıqdan sonra isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə vermişdi.
www.yenicag.az