Nazirdən yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə MÜNASİBƏT

media-hightechnic-468x90

COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm.

Yenicag.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır.

Nazir ictimaiyyətə müraciət edərək bildirib ki, mövzu ilə bağlı rəy və təklifləri eşitmək maraqlı olardı:

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm”.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600