Nazirlər görüşəcək

media-hightechnic-468x90

52727Cavid Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşünün baş tutduğu gündə qarşı tərəfə girov düşüb. Həmin Uels danışıqları ilə bağlı isə bu gün yeni təfərrüatlar ortaya çıxıb. Burda danışıqlar zamanı Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər iki ölkənin xarici işlər nazirlərinin yenidən görüşünə qərar verilib. Və bu ayın sonun planlaşdırılan görüş Nyu-Yorkda baş tutmalıdır.

Xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib ki, Amerika tərəfi böyük sülh sazişilə bağlı təkliflə çıxış edib:

“Deyə bilərəm ki, konstruktiv baxımından belə bir təklif səsləndirilib. Artıq vaxt çatıb ki, biz böyük sazişin üzərində işlərimizə başlayaq. Həm Azərbaycan, həm Ermənistan, həm də həmsədrlərin iştirakı ilə birgə görüşlər Madrid prinsiplərinin üzərində keçiriləcək”. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600