Nazirlərin növbəti görüşü keçiriləcək

media-hightechnic-468x90

6958f626ddf00421d3d9466813be9f60Gələn ay Bakı şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, toplantı çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Xarici işlər nazirləri səviyyəsində Türkiyə, Azərbaycan və İran arasında üçtərəfli formatın olduğunu xatırladan nazir növbəti görüşün yaxın vaxtlarda İranda təşkil olunacağını açıqlayıb: “İran Rəşt-Astara dəmir yolu xəttini bərpa etmək niyyətindədir. Təəssüf ki, Azərbaycanın bəzi əraziləri Ermənistanın işğalı altında olduğundan dəmir yolunun o hissəsi fəaliyyət göstərmir. Biz İran və Azərbaycan arasında dəmir yolunu bərpa etmək və onu Rusiya və daha sonra Avropa ilə birləşdirmək niyyətindəyik”.

M. C. Zərif isə Xəzərin dostluq və əməkdaşlıq dənizi olduğunu söyləyib. O qeyd edib ki, İran Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600