Nazirlik Masallıda reyd keçirdi

media-hightechnic-468x90

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Bu barədə Yenciag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Reyd zaman Masallı rayonu ərazisində “KamAZ” markalı “44-BX-788” dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8,5 kubmetr həcmində fıstıq və qızılağac cinsli meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Mürvət Məmmədov barəsində akt tərtib edilib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa