Nazirlik sentyabrın 15 ilə bağlı açıqlama yayıb

media-hightechnic-468x90

518Sentyabrın 15-i Azərbaycanda “Bilik günü” kimi qeyd olunacaq.

Təhsil Nazirliyindən  verilən xəbərə görə, Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.

Bu tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşaq birinci sinfə gedir.

Qeyd olunub ki, yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.

Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.

2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq, “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.

Orta təhsilini qızıl və gümüş medallar almaqla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.

Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.

Təhsil Nazirliyi yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil ictimaiyyətini, müəllim və şagirdləri, tələbələri təbrik edib, təhsil verənlərə və təhsil alanlara, ümumilikdə ölkənin bütün pedaqoji ictimaiyyətinə yeni – 2014-2015-ci dərs ilində uğurlar arzulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600