Nazirlik xəbərdarlıq etdi

media-hightechnic-468x90

5821838df5cf00512c218462157539a0Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

ETSN-nın Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə oktyabrın 8-dən 11-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Bildirilib ki, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, oktyabrın 9-dan temperaturun ötən günlərlə müqayisədə kəskin 7-10 dərəcə aşağı enəcəyi ehtimal olunur.

Oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 8-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, oktyabrın 9-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir(APA).

media-ziraat-728x90

Nazirlik xəbərdarlıq etdi

media-hightechnic-468x90

Qeyri sabit hava 290612Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  açıqlamasında bildirib ki, sentyabrın son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Sentyabrın 29-30-da isə hava şəraitinin daha da kəskinləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi ehtimalı var. Sentyabrın 29-30-da havanın temperaturu ötən günlərlə müqayisədə kəskin olaraq 5-10 dərəcə enəcək.

media-ziraat-728x90

Nazirlik xəbərdarlıq etdi

media-hightechnic-468x90

15323 (1)Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, sentyabrın 16-dan 17-nə keçən gecədən respublikanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Şimal-qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Qeyd olunub ki, hava şəraitinin gedişindən asılı olaraq bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

media-ziraat-728x90

Nazirlik xəbərdarlıq etdi

media-hightechnic-468x90

bbbbbbbhNazirlik İraqdakı Türkiyə vətəndaşlarına yenidən xəbərdarlıq edib

Ölkənin Xarici İşlər Nazirliyi İraqdakı İŞİD böhranı ilə əlaqədar yenidən xəbərdarlıq edib. Nazirlik İraqdakı Türkiyə vətəndaşlarının təcili ölkəni tərk etmələrini istəyib.

Açıqlamada “fövqəladə hadisələrlə əlaqədar yenidən xəbərdarlıq edilmişdir” ifadəsi də yer alıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600