Nazirlikdə iki idarə rəisi işdən azad olundu

media-hightechnic-468x90

Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən azad olunub.

Yenicag.az-ın məlumatına görə, Yevlax Kənd Təsərrüfatı İdarəsinin rəisi Zakir İmran oğlu Rzayev və Hacıqabul Kənd Təsərrüfatı İdarəsinin rəisi Nurbala Bəybala oğlu Mirzəyev tutduqları vəzifələrdən azad ediliblər. Hər iki şəxsin öz ərizəsi əsasında işdən azad edildiyi bildirilir.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazir İnam Kərimovun müvafiq əmri ilə Rafail Cəbrayıl oğlu Quliyev nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə müdir təyin olunub. Rafail Quliyev bundan əvvəl Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb./APA/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa